Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Virusdan qorxub məzuniyyətə çıxan rəisin ürəyi dayandı - Bakıda

  • 2020.06.27 11:34
  • 7038 Baxış
Virusdan qorxub məzuniyyətə çıxan rəisin ürəyi dayandı   - Bakıda

Bakı metrosunun daha bir rəhbər şəxsi vəfat edib.

"Xalqlar Dostluğu" stansiyasının rəisi İlqar Əliyev dünyasını dəyişib. Qurumun mətbuat katibi Bəxtiyar Əliyev "BakuPost"a açıqlamasında hələlik mərhumun ölüm səbəbinin dəqiq bəlli olmadığını bildirib.

"BakuPost"un məlumatına görə, tanışları "modern.az"a İ.Əliyevin pandemiya səbindən böyük narahatlıq keçirib, virusa yoluxmamaq, özünü qorumaq üçün məzuniyyət götürdüyünü deyiblər. Təəssüf ki, onun keçirdiyi narahatlıq ürəyini dayandırıb.
Xatırladaq ki, bir neçə gün öncə "Bakı Metropoliteni" QSC-nin hərəkət xidmətinin rəisi Etibar İsayev də ürək çatışmazlığından dünyasını dəyişmişdi.