Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Virusdan qorunmaq üçün təbii dezinfeksiyaedici vasitə - RESEPT

  • 2022.02.22 19:08
  • 1714 Baxış
  Virusdan qorunmaq üçün təbii dezinfeksiyaedici vasitə -  RESEPT
Çöldən evə girdiyimiz anda artıq özümüzə bir çox sullar verməyə başlayırıq. Özümüzlə evə gətirdiyimiz hər şeyi dezinfeksiya etməyə çalışırıq. Beynimizdəki yeganə sual budur: Hər şey kifayət qədər sterildirmi?

Biz toxunduğumuz, götürdüyümüz və hətta evə gətirdiyimiz hər şeyə çox diqqətli davranırıq. Ola bilsin ki, liftin düyməsini basanda belə ehtiyatlı oluruq. Xüsusilə evlərimizi daha təhlükəsiz bir mühit halına gətirməyə çalışırıq.


Digər tərəfdən biz həqiqətən sterilizasiya ehtiyacına cavab verən, lakin kimyəvi tərkibdən uzaq olan məhsullar axtarışına üz tutduq. Çünki biz hətta hər gün aldığımız meyvə-tərəvəzləri də, istifadə etdiyimiz əşyaları da dezinfeksiya edici məhlullarla təmizləyirik.


Medicina.az təbii, kimyəvi olmayan, effektiv dezinfeksiyaedici məhlulun reseptini təqdim edir.

Bunun üçün 2 xörək qaşığı ağ sirkə, 2 stəkan isti içməli su, 3 damcı çay ağacı yağı və yarım çay qaşığı lavanda yağını qatıb, yaxşıca qarışdırın. Bu məhlulu evdə boş olan losyon qabına tökün. Belə olan halda bu məhlulu daha uzun müddət istifadə etmək imkanınız olacaq.