Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Virus yoxa çıxıbmış kimi, davrana bilmərik, təhlükə davam edir - Britaniya elmi şurası

  • 2022.02.22 15:15
  • 2076 Baxış
Virus yoxa çıxıbmış kimi, davrana bilmərik, təhlükə davam edir -  Britaniya elmi şurası
Böyük Britaniyada COVID-19 qadağalarının ləğvi həm ölkədə, həm də dünyada gündəm olmaqda davam edir.

Medicina..az xəbər verir ki, Britaniya Elmi Şurasının (SAGE) üzvlərinin hesabatında COVID-19-un yeni variantlarının çoxlu sayda ölümə səbəb ola biləcəyi izah edilib.

“Omikron variantının daha yüngül olması sadəcə təsadüfdür. Virus yoxa çıxıbmış kimi, davrana bilmərik. COVID-19 məhdudiyyətlərinin erkən ləğvinin yeni və daha ölümcül varianta səbəb ola biləcəyi istisna edilmir”, - deyə hesabatda bildirilir.

Elmi komitənin üzvləri tərəfindən hazırlanan hesabatda o da bildirilib ki, COVID-19-un uzunmüddətli təsirləri və gələcək variantlar hələ məlum olmadığı üçün məhdudiyyətlər davam etməlidir. COVID-19-un növbəti variantı yoluxan insanların üçdə birini öldürə bilər. COVID-19-dan ölənlərin nisbətinin 10 faiz olduğu qeyd olunub.

Eyni zamanda irəli sürülüb ki, MERS virusu kimi bir epidemiyanın ortaya çıxması nəticəsində ölkədə virusdan ölüm nisbəti 35 faizə çata bilər.