“Antibiotiklərdən, əsasən, bakteriaya mənşəli infeksion xəstəliklərdə istifadə edirik”.
"Medicina" xəbər verir ki, terapevt Zakir Quliyev məlumat verib.
“Belə olan halda, sadəcə, simptomlara əsaslanaraq eyni antibiotikdən istifadə olunması yolverilməzdir, çünki virusmənşəli xəstəliklərdə antibiotiklər effektsizdir. Sadəcə, virus yox, eləcə də bakteriyamənşəli xəstəliklərə baxsaq, görərik ki, bir xəstəliyi bir yox, bir neçə bakteriya törədə bilir və hərəsinə uyğun antibiotiklər fərqlidir. Belə hallarda antibiotik istifadəsi bakteriyalarda antibiotikə qarşı rezistentlik yaradır və gələcəkdə xəstənin müalicəsində böyük çətinliklərə gətirib çıxarır”.
Aygün M