"Beynəlxalq ekspertlərin rəyi belədir ki, virus nə qədər çox insana yoluxursa, o qədər çox mutasiyaya uğrayır".
Medicina.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib:
"Bu mutasiya hər insanın genetik quruluşuna uyğun virusla immunitet sistemi arasındakı mübarizə nəticəsində baş verir. Bu proses müalicə proseduruna da öz təsirini göstərir".