Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Virus infeksiyalarından fəsadsız qurtulmaq üçün nə etməli?

  • 2023.02.03 15:36
  • 4309 Baxış
Virus infeksiyalarından fəsadsız qurtulmaq üçün   nə etməli?


Qış mövsümündə virus xəstəlikləri tüğyan edir. Adətən qışın sonunda daha da kəskinləşir. Bunu da həkimlər bu dövrdə orqanizmdə vitaminlərin, mikroelementlərin və immun sistemin müdafiəsinin zəifləməsi ilə əlaqələndirirlər.

Bundan başqa tez-tez kəskin respirator virus infeksiyaları (KRVİ) ilə xəstələnmə virusa qarşı davamlı immunitetin yaranmamağı və virusların alt qruplarının çox olmasıdır. Günümüzdə İnfluenza (qrip) genis yayılıb. Qrip özünü yüksək qızdırma, halsızliq, əzələ ağrıları, iştahasızlq, boğaz ağrısı, öskürək və s. ilə biruzə verir.

Adətən İnfluenzada qızdırma 5 gün davam edir və sonra normaya düşür. İnfluenza özü də KRVİ xəstəliklərinə aiddir. Əsasən simptomatik müalicə aparılır. Xroniki xəstəliyi olanlarda, yaşlılarda və körpələrdə baş verəcək ağırlaşmaların qarşısını almaq və pasiyentlərin daha tez iş və dərsə davam etmələri üçün ilk günlərdən müvafiq müalicə təyin etmək məqsədə uyğundur. Virus infeksiyalarına antibiotiklər təsir etmir. KRVİ başlayan kimi Biotənzimləyici Gripp-Heel + Engystol tabletlərinin və Euphorbiumu compositum burun spreyinin təyini xəstənin tez sağalmasına və ağırlaşmaların qarşısının alınmasına kömək edir.

Gripp-Heel və Engystol:

Yüksək qızdırma, halsızlıq, əzələ ağrıları, iştahasızlıq, boğaz ağrısını azaldır.
Virusun replikasiyasını dayandırır

İkincili infeksiyanın yoluxmasının qarşısını alır
Və təkrar yoluxmaların qarşısını alır.

Hazırda uşaqlar və böyüklər arasında virus infeksiyasından sonra gec keçən, uzanan öskürəklər rast gəlir. . Əslində öskürək tənəffüs yollarının təmizləmə mexanizmidir. Öskürəklə tənəffüs yolları toplanan selikdən özünü təmizləyir. Virus səbəbindən yaranan öskürəklərdə antibiotik istifadəsi məsləhət görülmür. Virus infeksiyaları zamanı öskürək 2 həftə müddətində davam edə bilər. Uşaqlarda öskürəyi qıcıqlandırıcı səbəblərdən ən çox rast gələni burundan axan selikdir.

Uşaq yatarkən burun seliyinin burun-udlağa axması öskürəyi kəskinləşdirir. KRVİ zamanı öskürək olanda buruna Euphorbium compositum püskürtmək vəziyyəti yüngülləşdirib, öskürəyin aradan qalxmasına kömək edəcək. Bundan başqa Euphorbium compositum burun, burunətrafı ciblər, yevstax borusunda iltihabı götürür, virusun replikasiyasını dayandırır, burun tənəffüsünü yaxşılaşdırır, burnun selikli qişasını bərpa edir, asqırma və burunaxmanı aradan qaldırır.

KRVİ -nın ilk günündən Almaniya istehsalı olan Gripp-Heel + Engystol +Euphorbium compositum preparatından istifadə etməklə, simptomları aradan qaldırmaq, ağırlaşmaların və yenidən yoluxmanın qarşısını almaq olar.