Mövsümlə əlaqəli rast gəlinən xəstəliklər sırasında kəskin respirator virus infeksiyaları daha çox yer tutur. Yaz və payız aylarında bu xəstəliklərə yoluxma intensivliyi artır. Bunun əsas səbəbi – mövsüm dəyişikliyində immunitetin zəifləməsi, soyuğun təsirindən tənəffüs yollarının selikli qişasının qıcıqlanmasıdır.
Kəskin respirator virus infeksiyaları, yoluxucu virus xəstəliklərinin böyük bir qrupunu təşkil edir; yayılmaya meyillidir. Bunlara qrip, paraqrip, adenovirus, rinovirus və respirator-sinsitial virusların törətdiyi xəstəliklər aiddir. Bu xəstəliklərdə əsasən tənəffüs sistemi üzvlərinin selikli qişaları zədələnir.
"Medicina" xəbər verir ki, bütün kəskin respirator virus infeksiyaları üçün xəstəliyin ilkin əlamətləri: hərarətin tədricən qalxması, baş ağrısı, asqırma, öskürmə, iştahanın azalması, yuxunun pozulması, boğazda, göz almasında ağrı və s. Xəstəliyə yoluxma asqırma, öskürmə zamanı virusların ətrafa yayılması ilə baş verir. Bu zaman digər xəstəliklər də (anginalar, vərəm, böyrək xəstəlikləri və s.) kəskinləşə bilər. Uşaqlarda anginanın inkişafının bir səbəbi də kəskin respirator xəstəliklərə tez-tez yoluxmasıdır.
Virus infeksiyasından qorunmaq və xəstəliyə yoluxmamaq üçün vacibdir:
-tibbi maskadan istifadə;
-otaq havasının tez-tez dəyişdirilməsi;
-əllərin təmizliyi
- sağlam qidalanma
- immun sisteminin gücləndirilməsi.
İmmun sisteminin gücləndirilməsi virus infeksiyalarının profilaktikası üçün əhəmiyyətli şərtlərdəndir. Vitamin C virusəleyhinə immun cavabda mühüm rol oynayır. Xüsusilə vitamin C-nin yüksək konsentrasiyası immun sisteminin virusa qarşı adekvat cavabı üçün çox vacibdir, çünki mitoxondrial, virusəleyhinə siqnal zülallarının və interferonun əmələ gəlməsi üçün bütöv kaskadı induksiya edir. Həmçinin, Vit. C defisitində dərinin və selikli qişanın baryer funksiyası yetərli olmur.
Vitamin C-nin immun hüceyrələrdə konsentrasiyası 1 saat ərzində 50% azalır. Lazım olan qədər qəbul edilmədikdə, vitamin C-nin çatışmazlığı yaranır ki, bu da orqanizmin immun sistemini zəiflədir.
Virus infeksiyası immun sisteminin iltihab cavabını işə salaraq immun sistemini zədələyir, bu da müxtəlif ağırlaşmalar, o cümlədən pnevmoniya kimi fəsadın inkişafına gətirib çıxara bilər. Vitamin C orqanizmdə güclü antioksidant və əsas immunomodulyatorlardan biri olaraq, infeksiyaya və iltihaba qarşı müdafiəni aktivləşdirir. Bu məqsədlə venadaxili Yüksəkdozalı vitamin C kəskin respirator virus xəstəliklərinə yoluxmuş insanlara tövsiyə olunur.
Yüksəkdozalı Vitamin C-nin terapevtik faydası tədqiqatlarla sübut olunub. Yüksəkdozalı vitamin C-nin çoxsaylı farmakoloji xüsusiyyətləri sırasında aşağıdakılar immun sisteminə təsir edərək virus infeksiyalarının profilaktika və müalicəsində olduqca əhəmiyyətlidir:
• İmmun sisteminin spesifik hüceyrələri və neytrofillərin aktivliyini normallaşdıraraq virus və bakteriyaya qarşı immun cavabı təmin edir
• Komplement sistemini aktivləşdirir
• İnterferon sintezini artırır
• Antioksidant təsir göstərir
İstifadə qaydası: Yüksəkdozalı vit. C 7,5 g - 50 ml + NaCl 0,9% -100 ml venadaxili damcı üsulu ilə həftədə 2 dəfə.
Aygün Musayeva