Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Virus həmişəlik bizimlədir” - Tanınmış həkim evdə koronavirus müalicəsini açıqladı

  • 2020.10.07 16:14
  • 2009 Baxış
“Virus həmişəlik bizimlədir”  - Tanınmış həkim evdə koronavirus müalicəsini açıqladı

Rusiyalı kardiloq Yelena Malışeva İnstagramda canlı yayımda bir daha Rusiyada pandemiyanın ikinci güclü dalğası ilə bağlı koronavirus məsləhətlərini verib.


Medicina.az xəbər verir ki, aparıcı mütləq sink, D vitamini içməyin zəruriliyini bildirib və qızdırmanı yalnız parasetamolla salmağı tövsiyə edib.

Əgər özünüzdə sakit halda və azca hərəkət edən kimi təngnəfəslik, nəfəsalmada çətinlik, döş qəfəsində yanğı, sıxılma, dərmanla enməyən qızdırma görürsüzsə, artıq vaxt itirmədən həkimə müraciət etməlisiz.


Xəstəliyin yüngül gedişində gündə 8 stəkan təmiz su için. Hərarəti yalnız parasetamolla salın. Mütləq D vitamini 25 mkq (500 vahid) qəbul edin.


Orqanizmdə bu vitamini az olanların koronavirusu ağır keçirmə riski yüksəkdir.
Qan analizləri ilə laxtalanma, tromb problemi varsa, antikoaqulyantlar mütləq həkim nəzarətində vurulmalıdır. Aspirin bura daxil deyil.