Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Virus həmişəlik bizimlə qalacaq, əlavə nağıla ehtiyac yoxdur - Virusa yoluxmuş genetik alim

  • 2022.02.01 15:57
  • 2427 Baxış
Virus həmişəlik bizimlə qalacaq, əlavə nağıla ehtiyac yoxdur  - Virusa yoluxmuş genetik alim


Rusiyada yeni Omikron pandemiyanın 5-ci dalğasına səbəb olub. Yoluxanlar hər gün artır. Ekspertlərin sözlərinə görə, 5-ci dalğa yaxın 2 həftədə daha da pik həddə çatacaq.

Omikrona yoluxmuş rusiyalı alim, molekulyar bioloq, genetik Konstantin Severinov Omikronun onun vaksin baryerini aşdığını bildirib. O, Sputniklə yanaşı Pfizer də vurdurmuşdu.

Medicina.az xəbər verir ki, alim koronavirusun nə dərəcədə ciddi və qəliz virus olduğuna bir daha diqqət çəkib.

"Bir sevindirici hal odur ki, Omikron çox yüngül keçirilir. Baxmayaraq ki, Pfizerlə də üçüncü dozanı almışdım, xəstəlik vaxtı boğaz, əzələ, oynaq ağrıları oldu. Ümid edirəm, ürəyim sıradan çxımaz

Məndə vaksinlərdən də əks təsir olmuşdu, amma Omikronun yanında onlar cüzidir. Virusa yoluxmağı təbii vaksin adlandırmaq ağılsızlıqdır. o alternativ deyil. Bu dəfələrlə ağırdır.

Yeni ştamlar pandemiya başlayandan yaranıb və bundan sonra da daim yaranacaq. Təkamülün qarşısı alına bilməz, ona görə yaxın gələcəkdə hansı ştamın yaranacağını və necə olacağını demək mümkün deyil.

Virusun konkret hərəkət traektoriyası bizim tədbirlərimizdən asılıdır. Vaksinasiya və qorunma, yeni dərmanlar, peyvəndlər. Epidemioloji təhlükəsizliyə əməl etməsək, belə də davam edə bilər.


Bu virus həmişəlik insanlıqladır, başqa nağıllara ehtiyac yoxdur. Ya reallıqla barışın, ya da ayrı mövzu tapın".