Hazırda virus infeksiyaları çox geniş yayılıb. Kəskin respirator virus infeksiyaları (soyuqdəymə) kiçik yaşlı uşaqlarda, xroniki xəstəliklərdən əziyyət çəkənlərdə, yaşlılarda fəsadlar verə bilir. Bu viruslar əsasən hava - damcı yolu ilə yoluxduğu üçün qorunmaq çətindir.
İnfeksiyalardan qorunmağın ən düzgün yolu - immun sistemin normal fəaliyyət göstərməsidir.
Bu məqsədlə:
Pascorbin 7.5 qr - 50ml (Yüksəkdozalı Vitamin C), Gripp-heel və Engystol preparatlarından istifadə etmək məqsədəuyğundur.
İnfeksion xəstəliklərdə, o cümlədən, virus infeksiyaları zamanı Pascorbin 7.5 q- 50 ml (Yüksəkdozalı Vitamin C) -nin terapevtik faydası tədqiqatlarla sübut olunub.1,2 Məlumdur ki, immun hüceyrələrin tərkibində bu vitamin yüksək miqdardadır və yaxşı immun cavabın formalaşmasında böyük rolu vardır. İmmun hüceyrələrdə vitamin C çatışmayanda, onlar öz funksiyaların normal yerinə yetirə bilmirlər.
7.5 q- 50 ml Yüksəkdozalı vitamin C-nin çoxsaylı farmakoloji xüsusiyyətləri sırasında aşağıdakılar immun sisteminə təsir edərək virus infeksiyalarının profilaktika və müalicəsində olduqca əhəmiyyətlidir:
• İmmun sisteminin spesifik hüceyrələri və neytrofillərin aktivliyini normallaşdıraraq virus və bakteriyaya qarşı immun cavabı təmin edir
• Komplement sistemini aktivləşdirir
• İnterferon sintezini artırır
• Antioksidant təsir göstərir (antioksidant çatışmazlığı immun sisteminin işinə və sonda bizim sağlamlığımıza mənfi təsir göstərir).
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
- Yüksəkdozalı vitamin C 7,5 g - 50 ml məhlulu + 100 ml izotonik NaCl məhluluna əlavə edilərək həftədə 2-3 dəfə venadaxilinə yavaş - yavaş yeridilir.
Engystol preparatı immun sistemi modulə edərək, virus infeksiyalarından qoruyur və ya yoluxmusuzsa, xəstəliyin yüngül keçməsinə səbəb olur.
İstifadə qaydası:
Tablet:
1 tab –3dəfə, yeməkdən 30 dəq.əvvəl və ya 1 saat sonra dilaltı
Uşaqlarda (3 yaşa qədər): ½ tab – 3 dəfə
Kəskin vəziyyətdə: yaşa uyğun doza 2 saat ərzində hər 15 dəqiqədən bir dil altına qoyulur.
Ampul: 2 yaşa qədər: 1/3 amp
2-6 yaş: 1/2 amp
6 yaşdan yuxarı: 1amp hər gün və ya həftədə 3 dəfə.
Gripp –heel preparatı: Qripin simptomlarını tez bir zamanda aradan qaldırır, sağalma dövrünü tezləşdirir və fəsadların qarşısını alır.
- Qrip və qripəbənzər xəstəliklərin simptomlarını, iltihabı aradan qaldırır. 3
- İmmun sistemi modulə edir və ağırlaşmaların qarşısını alır.4-5
- İnfeksiyalara yoluxmanın qarşısını alır.
İstifadə qaydası:
Tablet: 3 yaşa qədər: ½ tab – 3 dəfə
3 yaşdan yuxarı: 1 tab –3dəfə, yeməkdən 30 dəq.əvvəl və ya 1 saat sonra dilaltı
Kəskin vəziyyətdə: yaşa uyğun doza 2 saat ərzində hər 15 dəqiqədən bir dil altına qoyulur.
Hər yaşda istifadəsi mümkündür. Hamilələr, südverən analar, körpələr və yaşlılar rahatlıqla istifadə edə bilər.
Pascorbin, Engystol və Gripp-heel preparatları ilə virus infeksiyalarından yan keçək!
İstifadə edilən ədəbiyyat mənbələr:
1).Ang, A., et al., Vitamin C and immune cell function in inflammation and cancer. Biochem Soc Trans, 2018. Vitamin C and immune cell function in inflammation and cancer | Biochemical Society Transactions
2).Kim, W.Y., et al., Combined vitamin C, hydrocortisone, and thiamine therapy for patients with severe pneumonia who were admitted to the intensive care unit: Propensity score-based analysis of a before-after cohort study. J Crit Care, 2018. 47: p. 211-218. Combined vitamin C, hydrocortisone, and thiamine therapy for patients with severe pneumonia who were admitted to the intensive care unit: Propensity score-based analysis of a before-after cohort study - ScienceDirect
3) Rabe A. Symptomatische Behandlung akuter grippaler Infekte: Homoopathikum und konventionelle Therapie im Vergleich. [Symptomatic Treatment of Acute Upper Respiratory Infections: A Comparison of Homeopathic and Conventional Therapies.] Der Allgemeinarzt 2003;25(20)1 522-23. (English translation available -> J Biomed Ther 2007;Winter7-10., Subanalysis of 2)
4) Wagner H, Jurcic K, Doenicke A, Rosenhuber E, Behrens N. Die Beeinflussung der Phagozytosefahigkeit von Granulozyten durch homoopathische Arzneipraparate. In-vitro-Tests und kontrollierte Einfachblindstudien. [Effect of homeopathic drugs on the phagocytic activity of human granulocytes. In vitro tests in a controlled single-blind study.] Arzneimittelforschung 1986;36(9)1421-5. (English translation available -> Biol Ther 1993;11(2):43-9.)
5) Brydak LB, Denys A. The evaluation of humoral response and the clinical evaluation of a risk-group patients' state of health after administration of the homeopathic preparation Gripp-Heel during the influenza epidemic season 1993/94.Int Rev Allergolog Clin Immunol 1999;5(4):223-7