Virusoloqlar koronavirusun cansız əşyalar, məişət predmetləri üzərində nə qədər yaşayıb, yoluxma təhlükəsi olmasını araşdırıb.
Medicina.az xəbər verir ki, Çin həkimləri hələ ki, virusun əşya ilə təmasdan yoluxma faktını aşkarlamayıblar, lakin alimlər bu versiyası istisna etmir.
Heç bir qidalandırıcı mühit olmadan koronavirus səthlərdə, əşyalarda maksimum 9 gün yaşayır.
Metal, taxta, şüşə, plastik, kağız üzərində onun ömrü 5-6 gündür.
Tüksək rütubət, nəmlik virusun ömrünü uzadır.
Bu səbəbdən epidemiya mərkəzində insanları evdəki əşyaları, mebelləri perekis, etanol, hipoxloridlə dezinfeksiya etməyə çağırırlar.