Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Viqas Med” psixoloji və nitq inkişaf mərkəzində ilin hesabat seminarı keçirildi-FOTO

  • 2017.12.18 14:27
  • 24409 Baxış
“Viqas Med” psixoloji və nitq inkişaf mərkəzində ilin hesabat seminarı keçirildi- FOTO
Quba Tarix-Diyarşünaslıq Muzeyində "Viqas Med” psixoloji və nitq inkişaf mərkəzinin 2017-ci ilin son hesabat seminarı keçirilib.

 

Medicina.az xəbər verir ki, "Psixi inkişaf və ünsiyyət, nitq qüsurları” mövzulu seminarda mərkəzin rəhbəri Fidan Bağırova və Prezident yaninda Bilik Fondunun loqopedi, qüsursuz nitq və kəkələmə mərkəzlərinin rəhbəri Esmira Qafarova autizm və kəkələmədən əziyyət çəkən uşaqların  müalicəsi və müalicənin nəticələrindən söz açıblar. Bundan başqa müalicədə istifadə olunan sadə üsullar valideynlərin diqqətinə çatdırılıb.

 

Tədbirdə  Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının "Psixologiya” və "İbtidasi sinif müəllimi” fakültələrinin 100-dən artıq tələbəsi, müəllimlər, valideynlər, KİV nümayəndələri iştirak edib. Qeyd edək ki, Quba rayonunun ilk və yeganə psixoloji və nitq inkişaf mərkəzi olan "Viqas Med” artıq 4 ildir ki, fəaliyyət göstərir.

 

“Viqas Med” psixoloji və nitq inkişaf mərkəzində ilin hesabat seminarı keçirildi- FOTO