Viktoriya Bekhemin şəxsi kosmetoloq həkimi onun qanından da əlavə olunmuş xüsusi nəmləndirici, cavanlaşdırıcı krem hazırlayıb.
Medicina.az xəbər verir ki, Viktoriya üçün bu krem 1500 dollara başa gəlib. O, kremini reklam edərək yazıb:
"Həkimim Barbara qanımdan krem hazırlayıb. Kremi gündə 2 dəfə çəkirəm. Çox yaxşı effekti var. Öz qanımdan olan krem hüceyrələrimi yeniləyir, qırışları azaldır, gəncləşdirir. Mən çox razıyam”.
Qeyd edək ki, Bekhem bu kremi az limitdə satışa çıxarmağı da planlaşdırır.