Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Video oyunları fiziki problemlərə səbəb olur

  • 2024.03.15 12:28
  • 1011 Baxış
Video oyunları fiziki problemlərə səbəb olur
Aparılan yeni araşdırmalar həddən artıq video oyun oynamağın fiziki problemlərə səbəb olduğunu sübuta yetirib.

Medicina.az xəbər verir ki, avstraliyalı tədqiqatçılar gündə 3 saat video oyun oynamağın göz yorğunluğu; əl, bel və boyun ağrısı kimi fiziki problemlərə gətirib çıxardığını açıqlayıblar.

2022-ci il Beynəlxalq Oyun Tədqiqatında iştirak edən Avstraliya, Böyük Britaniya, Kanada və ABŞ-dan olan 18-94 yaş arası 955 şəxsin məlumatları təhlil olunub. Beləliklə, uzunmüddətli, fasiləsiz oyun ilə sağlamlıq problemləri arasındakı əlaqə tədqiq edilib.

“Bir seansda 3 saatdan çox oyun oynamağın mənfi fiziki təsirləri 6 saatdan çox oynayanlarla eynilik təşkil edir”, - Kvinslend Universitetinin baş elmi işçisi və tədqiqatın həmmüəllifi Deniel Stepanovic deyib.

Universitetin dosenti və tədqiqatın digər həmmüəllifi Qeri Çanq Kay Çan isə bir müddət klaviaturadan uzaqlaşmağın sağlamlığı qorumağa kömək edə biləcəyini bildirib:

“İnsanların uzun müddət oyun oynamağın potensial risklərini başa düşmələri üçün təkmilləşdirilmiş təlimə ehtiyac var”.

Araşdırmanın nəticələri “Computers in Human Behavior” jurnalında dərc edilib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 3 milyarda yaxın insanda video oyunları aludəçiliyi var.

Aysel