Azərbaycanda bir çox kişilər cinsi həvəsləndirici preparat olan Viaqranı özləri qəbul etməklə kifayətlənməyib, onu qadınlara da vermək fikrinə düşürlər.
Medicina.az saytının “Həkimə sual ver” xidmətinə bir çox kişi oxucular “Viaqranın qadına təsiri olarmı”, “Viaqranı qadına içirsəm necə olar”, “gizlicə içirmək olarmı”, “Qadınlar üçün Viaqra varmı” kimi sualları çox ünvanlayır. Bir çox hallarda kişilər gizli də olsa qadınların çayına, şirəyə Viaqra qarışdırıb, xəbərsiz içirərək fövqəladə təsir gözləyir.
Medicina.az Viaqranın qadının cinsi istəyinə təsiri və gizlicə içirildikdə nə baş verəcəyi barədə uroloq həkim Behnam Kazımiyə suallar verib.
Həkim bildirib ki, Viaqra kimi dərmanların qadınlara heç bir aiddiyatı yoxdur.
“Viaqra tipli dərmanların hamısı fosfodieteraz TİP 5 moleklulludur, onlar kavernoza və damara təsir edir. Bu yalnız kişi cinsi orqanı anatomiyası və fəaliyyəti üçün nəzərdə tutulub. Viaqranın tərkibində olan aktivedici maddə damar
klapanlarını açır və azot, oksigen daxil olur, orqanın sərtləşməsini təmin edir. Qadınların cinsiyyət orqanı ümumilikdə kişidən fərqlidir və bu dərmanlar onlara təsir etmir. Çünki qadınların ehtiras tələbatı qan dövranı ilə də əlaqədar deyil.
Ona görə viaqra intim baxımdan qadına heç təsir etmir, əksinə, onların ürəyinə, böyrəklərinə mənfi təsir edir.
Qadinların ürək-damar sistemi kişilərdən daha zəif olur, onlarda ritm tez pozulur, eləcə də hormonal təsir var.
Viaqra kimi dərmanı qəbul edəndən sonra qadında nəinki cinsi istək olmayacaq, əksinə özünü daha da pis hiss edəcək: başağrıları, miqren şəkilli tutmalar, ürək döyüntüləri artacaq. Bu səbəbdən qadına gizlicə və ya açıq şəkildə viaqra içirtmək olmaz”
Həkim bildirdi ki, qadınlar üçün yeni molekullu viaqra tipli dərmanlar hazırlanıb, o ABŞ və Avropada kliniki sınaqdan keçirilib, satışa çıxır, hələ ki, Azərbaycanda yoxdur.