Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Viaqranın kişilərə daha bir faydası tapıldı - ŞOK NƏTİCƏ

  • 2021.03.25 15:20
  • 7104 Baxış
Viaqranın kişilərə daha bir faydası tapıldı -  ŞOK  NƏTİCƏ
Cinsi istəyi artıran Viaqra dərmanı ürək xəstələri olan kişilərin sağlamlığına yaxşı təsir edir və təkrar infarktın belə qarşısını ala bilər.


Medicina.az xəbər verir ki, bu açıqlamanı İsveç alimləri verib.

Onların viaqra ilə bağlı son elmi araşdırmalarının nəticəsi göstərib ki, viaqra FDE 5 inqibitorlu damar genişləndirici preparat olduğu üçün infarkt keçirmiş kişiləri yeni ürək tutmalarından və ürək çatışmazlığının inkişafından qoruyur, bir növ onların ömrünü uzatmış olur.

Qeyd olunur ki, orta yaş kişilərdə erkən impotensiya gizli ürək-damar patologiyasının ilk əlaməti ola bilər.
Xaricən kişi sağlam, güclü görünsə də, impotensiya artıq qan dövranının pozulmasını göstərir.

Belə kişilərə Viaqranın həkim tərəfindən təyin edilməsi dolayısı ilə onlarda ürək –damar sisteminə də müsbət təsir edir.
Kişi nə qədər tez-tez Viaqra qəbul edibsə, ürək-damar əməliyyatına və infarkt riski bir o qədər az olub.

Alimlər bunun səbəbini dərmanda olan FDE 5 inhibitorlarının damarların endotelinə yaxşı təsir edir, nəinki cinsi orqan, bütün bədəndə damarların genişlənməsinə səbəb olur, trombozun qarşısını alır.