Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Viaqra içən kişilər yaşlandıqda bu xəstəliyi olmayacaq - Alimlər

  • 2022.07.01 16:27
  • 10438 Baxış
Viaqra içən kişilər yaşlandıqda bu xəstəliyi olmayacaq   -   Alimlər

Viaqra cinsi həvəs artırıcı preparat qəbul edən kişilərdə yaşlandıqda dəhşətli əqli gerilik – Altsheymer xəstəliyi olmayacaq.


Bakupost.az xəbər verir ki, ereksiya üçün nəzərdə tutulan dərmanın gələcəkdə neyrodegenerasiya əleyhinə güclü vasitə olacağı istisna edilmir.



Klivlend klinikasının genom üzrə alimləri məlum dərmanlar içərisində Altsheymer xəstəliyinin müalicəsinə təsir edəcək effektiv vasitəni tapmaq üçün tədqiqat aparıb.

Neydegenerativ xəstəlik olan Altsheymerin kökündə 2 əsas proses dayanır: baş beyin toxumasında amiloid zülal topalarının yaranması və neyrofibrilyar yumağının əmələ gəlməsi.


Alim Feysun Çen və onun komandası belə nəticəyə gəlib ki, Altsheymerin yaranmasında bu zülallar hərəsi ayrılıqda yox, bir-biri ilə əlaqədə əmələ gəlir.

1600 dərmanı araşdıran Çen maksimal balı Viaqraya verib.

Daha sonra 7 milyon amerikalının tibbi məlumatlarını incələyib.

Məlum olub ki, müntəzəm olaraq Viaqra qəbul edən kişilərdə Altsheymer riski 69% azdır, nəinki heç qəbul etməyənlərdə.

Sildenafil – yəni Viaqra hətta ürək, təzyiq və şəkəri olan xəstələrdə də neyrodegenerativ pozulma riskini 2 dəfə azaldır.

Laborator analizlər göstərib ki, Sildenafil tay-zülallarınb bir-birinə birləşməsinin qarşısını alır, beyin hüceyrələrinin inkişafına səbəb olur.
Çen və onun komandası yaxın vaxtlarda real Alsgeymer xəstələrinin müalicəsində Viaqranın effektini sınayacaq.