Azərbaycan Xalq artisti, görkəmli kino aktyoru Ənvər Həsənovun vəziyyəti normaldır.
Medicina.az bildirir ki, bu barədə APA-ya aktyorun qızı məlumat verib.
Onun sözlərinə görə, aktyorun MRT müayinəsinin nəticələri qənaətbəxşdir: “Allaha şükür ki, hematoma çıxmadı. Biz bundan qorxurduq. Sabah həkim müayinəsinə gedəcəyik. Yəqin ki, lazımi müalicəni yazar”, – deyə qızı bildirib.