Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Vəziyyəti pisləşən Trampın həkimi danışdı - "Halsızdır"

  • 2020.10.03 12:10
  • 1743 Baxış
Vəziyyəti pisləşən Trampın həkimi danışdı  - "Halsızdır"

Koronavirusa yoluxmuş ABŞ prezidenti Donald Trampa antikor kokteyli vurulub.

Bu barədə onun həkimi şon Konli açıqlamasında deyib. Qeyd edilir ki, inyeksiyada 8 qram dərman olub. Konli əlavə edib ki, Tramp yaxşı əhval-ruhiyyədədir, amma halsızdır.

Bundan bir qədər əvvəl Amerika liderinin vəziyyətinin pisləşdiyi bildirilmişdi. "Vanity Fair” portalı, "Ağ Evlə sıx təmasda olan" respublikaçılara istinad edərək 74 yaşlı ABŞ prezidentinin öskürək və qızdırma xəstəliyinə tutulduğunu yazmışdı. Mediada həyat yoldaşı Melaniyanın xəstəliyinin demək olar ki, heç bir əlamət olmadan keçdiyi bildirilib.

Xatırladaq ki, Tramp özü bir gün əvvəl özünün və həyat yoldaşının COVID-19-a yoluxduğunu söyləmişdi. Hər ikisinin özlərini yaxşı hiss etdikləri, Ağ Evdə olmağı və vəzifələrini yerinə yetirməyi planlaşdırdıqları qeyd edilirdi.

Əlavə edək ki, noyabr ayında ABŞ-da prezident seçkiləri keçiriləcək. Namizədlər Respublikaçılar Partiyasından Tramp, Demokratlardan Con Baydendir. İkincisi də bir gün əvvəl koronavirus testindən keçib - nəticə mənfi olub.