Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Vəziyyət yaxşılaşsa da, pandemiya qısa vaxtda başa çatmayacaq" - ÜST

  • 2021.10.26 23:24
  • 1525 Baxış
"Vəziyyət yaxşılaşsa da, pandemiya qısa vaxtda başa çatmayacaq" -  ÜST

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Covid-19-la bağlı xüsusi komitəsinin aylıq iclası keçirilib.

Medicina.az xəbər verir ki, tədbir Cenevrədə baş tutub.

Komitənin rəhbəri Didiye Husin dövlətləri ÜST-nin qəbul etdiyi bütün vaksinləri tanımağa və tətbiq etməyə çağırıb. O bildirib ki, vaksinasiyanın sürətlənməsi sayəsində son aylarda yoluxma ilə bağlı vəziyyət yaxşılaşsa da, pandemiya qısa vaxtda başa çatmayacaq.

Qeyd edək ki, ÜST indiyədək “Sinopharm”, “Sinovac” vaksinlərini, həmçinin “Johnson & Johnson”, “Moderna”, “Pfizer/BioNTech” və “Astrazeneca” şirkətlərinin istehsalı olan vaksinləri tanıyıb. Tanınmayan vaksinlərin sayı ondan çoxdur.