Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün növbəti brifinqi keçirilir.
Medicina.az xəbər verir ki, brifinqdə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov karantin yumşaldılması və insanlara hərəkət və fəaliyyət azadlıqlarının bu günkü statistika və şərtlərə uyğun verildiyini bildirib.
“ Biz rəqəmlərlə, statistika ilə işləyirk. Son günlər və bu gün yoluxma sayına səhiyyəmiz, xəstəxanalarımızın resursları tab gətirəcək dərəcədədir.
Əgər görsək ki, vəziyyət kritik həddə çatır, yoluxma artır və buna səhiyyənin imkanları yetməyəcək, karantin sərtləşməsi yenidən mümkün ola bilər”