Facebookun yaradıcısı Mark Zukerberq koronavirus pandemiyası və onun nəticələri barədə öz proqnozlarını bölüşüb. O, Amerika hökumətini karantin tədbirlərini və məhduyyətləri qaldırmaqda tələsməməyə çağırıb
.
Medicina.az xəbər verir ki, milyarder karantinin yumşaldılması vəziyyəti dərinləşdirib, yeni yoluxma alovlanması yaradacağını bildirib.
“Hətta bir anlıq belə karantindən çıxma faciəvi nəticələr verə bilər. Mən narahatam ki, bəzi sahələrin və müəssisələrin tez açılması, praktiki olaraq yeni yoluxma dinamikası yaradıb, tibbi və iqtisadi böhranı uzun müddətli pisləşdirəcək”
Facebook rəhbəri pandemiyanın fəsadlarının düşündüyündən və gözlənildiyindən böyük və ciddi olacağını bildirib.
Pandemiya dövründə Facebook, WhatsApp və Instagram istifadəçilərinin sayının xeyli yüksəldiyini, reklamların isə mart ayından azalıb. Buna baxmayaraq, facebookun gəlirləri elə də azalmayıb və o sabit mövqeyini qoruyub.