Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Vətəndaşların təxliyyə planları davam etdiriləcək”

  • 2020.04.11 10:18
  • 1462 Baxış
"Vətəndaşların təxliyyə planları davam etdiriləcək”
“Aprelin 5-dən hər hansı hava və ya yerüstü beynəlxalq nəqliyyatdan söhbət gedə bilməz”.

Bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva müsahibəsində deyib.



Bildirib ki, vətəndaşlarımızın daha çox yaşadıqları ölkələr var ki, oradan geri qayıtmaq istəyənlərin sayı daha çoxdur: “Həmin ölkələrə, misal olaraq, Türkiyə, Ukrayna, Polşanı, eləcə də digər Orta Asiya ölkələrini göstərə bilərik. Həmin vətəndaşarın müraciətləri müvafiq şəkildə məlumat bazasına daxil edilib. Operativ şəkildə Nazirlər Kabineti yanında Qərargaha ötürülüb. Hazırkı hərəkətliliyin məhdudlaşdırılması müvəqqəti xarakter daşıyır. Təxliyyə planları da karantin rejiminə uyğun həyata keçirilir. Əlbəttə ki, davam etdiriləcək. Sadəcə indiki zamanda əsas məqsəd ölkədə virusun yayılmasının sürətini minimuma endirməkdir. Bunun üçün də nəqliyyatlar müvəqqəti olaraq dayandırılıb”.

L. Abdullauyeva onu da qeyd edib ki, bu gün Azərbaycanda qalıb karantin qaydalarına riayət edən xarici vətəndaşların sayı heç də az deyil.