Türkiyənin səhiyyə naziri Fahrettin Koca CHP Başqanı Kemal Kılıçdaroğlu'nun “Çindən gələn 1 milyon pulsuz vaksinin dövlətə hər dozu 12 dollardan satılması iddiasına aydınlıq gətirib.
Medicina.az xəbər verir ki, nazir pandemiya müddətində mərkəzdə duraraq 83 milyon insana bərabər şəkildə xidmət etdiyini bildirib: “Təəssüf ki, bu müddətdə vətəndaşımızın zehnini qarışdırmaq və məsələni siyasi müstəviyə çəkmək istəyənlər oldu. Vətəndaşlarımıza verə bilməyəcək heç bir hesabımız yoxdur. Onlarla birlikdə olub, bərabər şəkildə mübarizə aparmağa davam etməliyik”.
Mərhum Muhammed Emin Saraçın cənazəsində sosial məsafə qaydalarına əməl edilmədiyi ilə bağlı xəbərlərə isə belə cavab verib: “Pandemiya müddətində virusun necə seyrəldiyini, yoluxmanın necə olduğunu hamımız bilirik. Mən cənazədə o qədər insanın olacağını bilmirdim. Gərək əvvəlcədən tədbir görərdim. Bəli, bu mənim səhvimdir. Buna görə də vətəndaşlardan üzr istəyirəm”.