Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Vətəndaş ikinci dozanı vurdurmasa..." - XƏBƏRDARLIQ

  • 2021.03.17 16:38
  • 2316 Baxış
"Vətəndaş ikinci dozanı vurdurmasa..." -  XƏBƏRDARLIQ

Vətəndaş ikinci dozanı vurdurmasa, birinci dozanın əhəmiyyəti itəcək.

Medicina.az xəbər verir ki, bunu trend-in sualına cavab olaraq Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib. Onun sözlərinə görə, immunitetin effektli olması üçün vətəndaş hər iki dozanı vurdurmalıdır:

“İnsan bədənində əhəmiyyətli immunitetin yaranması üçün vaksinin hər iki dozası vurulmalıdır. Yalnız biri vurularsa, bu, əhəmiyyətini itirmiş olacaq".

T.Eyvazov qeyd edib ki, vətəndaş ikinci dozanı 28 gün ərzində vurdurmalıdır: "Az müddət keçəndən sonra da vurdura bilər, ancaq çox ara verilərsə, o zaman yenidən birinci doza vurulmalıdır".