“Yoluxucu Xəstəliklərlə Mübarizə” İctimai Birliyi “Vərəmə qalib gəl” devizi altında elektron təşviqat marafonu vasitəsilə vərəm xəstələrinin sosial-tibbi və psixoloji reabitasiyasına dəstək” layihəsi həyata keçirib.
Medicina.az xəbər verir ki, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşdırılan layihə çərçivəsində "Vərəmə qalib gəl" adlı videoçarx hazırlanıb.
Videoçarxda tibb mütəxəssisləri və xəstəlikdən əziyyət çəkənlərin vərəmə necə qalib gəlməyin mümkün olduğu haqda fikir və tövsiyyələri yer alıb.
Həmin videoçarxı təqdim edirik: