Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Vərəmdən ölüm göstəricisi aşağı düşüb

  • 2017.12.30 12:33
  • 12954 Baxış
Vərəmdən ölüm göstəricisi aşağı düşüb
"Son üç ildə vərəmlə bağlı göstəricilərdə dinamik azalmaya nail olunub”.


Medicina.az report-a istinadən xəbər verir ki, bunu Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova deyib.


Onun sözlərinə görə, 2010-cu ildə hər 100 min nəfərə xəstələnmə göstəricisi 53 idisə, hazırda bu rəqəm 39-dur: "İlkin aşkarlanan vərəm hallarının sayı 21 faiz azalıb. Bu il vərəmdən ölüm göstəricisi də aşağı düşüb. Belə ki, 2010-cu ildə hər 100 min əhaliyə ölüm göstəricisi 7,9 təşkil edirdisə, 2016-cı ildə 4,6 olub, 2017-ci ildə isə ilkin göstərici 4,5 təşkil edir. Vərəmin gecikmiş və yayılmış formalarında da 2010-cu illə müqayisədə 2 dəfə azalma var”.


H.Qədirova Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, bu ilin iyun ayından çoxsaylı dərmanlara davamlı vərəm xəstələrinin müalicəsinə başlanıldığını, bu günədək 183 xəstənin həmin müalicəyə qoşulduğunu da vurğulayıb. 


İnstitut direktoru vərəmlə mübarizə xidmətinin qarşısında vərəmin ölkədə azalması və gələcəkdə ləğv edilməsi kimi ciddi vəzifənin durduğunu qeyd edib.