Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Vərəm xəstələrinə qız, iş verilmir – ÜST rəsmisi

  • 2019.03.14 15:37
  • 6878 Baxış
Vərəm xəstələrinə qız, iş verilmir –  ÜST rəsmisi
 

"Ümumdünya Səhiyyə Təşkilatı olaraq Azərbaycana vərəmlə mübarizə üzrə qanunvericİliyin təkmilləşdirilməsi üçün lazım olan bütün yardımları göstərməyə hazırıq”.


Medicina.az "Report”a istinadən xəbər verir ki, bunu Milli Məclisdə Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr edilən dinləmədə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan ofisinin rəhbəri Hande Harmancı deyib.


O qeyd edib ki, Azərbaycanda "Vərəmlə mübarizə haqqında” qanun 2001-ci ildə qəbul edilib, bu qanuna yenidən baxılmalıdır. Onun sözlərinə görə, bu xəstəliklə ciddi mübarizə aparılır: "Buna baxmayaraq, bu gün bəzi ölkələrdə "vərəm damğası” problemi var. Vərəmli insanlara qız, iş verilmir, vərəm damğasına qarşı mübarizə aparmaq lazımdır. Azərbaycanda vərəmlə mübarizə sahəsində çox ciddi işlər aparılır, bu, davam etdirilməlidir”.