Ən qorxulu infeksiyalarından biri məhz vərəmdir. Dünyada 20 milyondan çox insan vərəm bəlasından əziyyət çəkir. Ölkəmidə də 8 minə yaxın adam bu infeksiyaya düçar olub.
Medicina.az vərəm xəstələrinin qidalanması ilə bağlı məlumatı təqdim edir. Vərəmli xəstələrin çox tutumlu şəkildə və 2-3 saatdan bir qidalanması məsləhətdir. Onların rasionu daha çox yumurta, süd və süd məhsulları ilə zəngin olmalıdır. Əvvəl 2-3 stəkandan başlayaraq qəbul edilən südün miqdarı gün ərzində 1 litrə çatdırılmalıdır. Hər gün 5-6 ədəd boş bişmiş yumurta yeyilməli, yeməkdən əvvəl az miqdarda balla qarışdırılmış turp, kök və çuğundur şirəsi, yeməkdən sonra isə limon şirəsi ilə qarışdırılmış çiy yumurta sarısı qəbul etmək lazımdır. Qabıqla bişmiş kartofdan, fevral-iyun aylarında çiy kartof şirəsindən istifadə edilməli, xörək duzu menyudan tamamilə çıxarılmalıdır.Ağ ciyər vərəminin müalicəsi üçün bir neçə reseptdən istifadə edilir. 30 qram supəncəsi üzərinə 1 litr üzüm şərabı əlavə edilərək ocaqda qaynadılır, soyudulur və hər gün 3-5 qədəh qəbul olunur.Bir xörək qaşığı motmotu 1 stəkan qaynar suda 1 saat dəmlənilir və gündə üç dəfə stəkanın üçdəbiri qədər qəbul edilir. Bərabər miqdarda qurdpəncəsi və biyan kökləri qarışdırılır, qarışıqdan 3 xörək qaşığına 0,5 litr qaynar su əlavə edilərək dəmlənilir, hər gün 5-6 dəfə 1 xörək qaşığı qəbul olunur.Bərabər miqdarda zirə toxumu, adaçayı yarpağı və boymadərən otu qarışdırılır, qarışıqdan 1 xörək qaşığı 1 stəkan suda dəmlənilir, 2-3 ay gecə tərləmələrində içilir.İniltili bəlğəm ifrazı zamanı 1 baş sarımsaq 100 qram paxla ilə qaynadılaraq gün ərzində iki dəfəyə qəbul edilir.Bir neçə diş sarımsaq xırdalanaraq dərin qazanda az miqdarda su ilə zəif ocaqda 20 dəqiqə qızdırılır, ocaqdan götürülərək buxarı ilə 15 dəqiqə inhalyasiya edilir. Sonra isti bürünərək yatmaq məsləhətdir. Eyni vaxtda bərabər miqdarda bitki yağı ilə qarışdırılmış sarımsaq şirəsi ilə sinə və kürək nahiyələrinin masaj edilməsi də yaxşı təsir göstərir.