Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Vərəm süd vəzilərinə də keçə bilər- Həkim

  • 2023.07.29 17:10
  • 1294 Baxış
Vərəm süd vəzilərinə də keçə bilər - Həkim
Ağciyərdə vərəm olarsa, orqanizmdə müalicəyə qarşı rezistentlik yaranarsa, o zaman xəstəlik süd vəzinə keçmiş olur. Bu, süd vəzinin ikincili vərəmi adlanır.



Süd vəzi vərəmi birincili və ikincili olmaqla iki qrupa bölünür.


"Medicina" xəbər verir ki, mammoloq-onkoloq Cəlil Bağırovun süd vəzi vərəminin əlamətlərini sadalayıb.



Süd vəzi vərəminin əlamətləri əvvəlcədən hiss olunmur.


- Pasiyentlərdə arıqlama
- İştahasızlıq
- Süd vəzində ödem
- Dəri qalınlaşması
- Ağrılı düyünlər baş verir.


Eləcə də qaşınma, yara, irin, dəri qopması və ifrazat gəlməsi kimi əlamətlər müşahidə olunur. Bunlar gecikmiş əlamətlər hesab edilir. Bu zaman mammoloqa müraciət etmək lazımdır".

Aygün