Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Vərəm haqqında mifləri dağıdan - SOSİAL ÇARX

  • 2023.09.18 17:51
  • 6106 Baxış
Vərəm haqqında mifləri dağıdan  - SOSİAL ÇARX

"Ən çətin anlarda həmişə özümə deyirəm ki, əgər təslim olsam, heç də yaxşı olmayacaq".

Məşhur boksçunun bu sözləri vərəm xəsəliyindən əziyyət çəkənlər üçün də keçərlidir.


Doğrudan da müasir tibb bu xəstəliyin sağalmasına imkan verir. Sadəcə olaraq, bunun üçün indiyədək formalaşmış bəzi mifləri dağıtmaq lazımdır.

Birinci mif odur ki, guya vərəm evsizlərin və ən çox siqaret çəkənlərin xəstəliyidir. Ancaq həqiqət budur ki, hər kəs vərəmə yoluxa bilər. Həyat tərzi, immunitet, qidalanma, ağır yaşantılar və stress bu xəstəliyin yaranmasına təsir edir. Qeyri-müntəzəm qidalanma və immunitetin aşağı düşməsi nəticəsində hətta varlı insanlar da vərəm xəstəliyinə tutulurlar.

İkinci mif isə odur ki, vərəm üçün dərman müalicəsinin yan təsirləri xəstəliyin özündən daha zərərlidir. Bəli, vərəm əleyhinə dərmanların da bütün digər dərmanlar kimi müəyyən əks-təsirləri var, lakin bu dərmanların məqsədi insanı deyil, bədəndəki vərəm çöplərini öldürməkdir!

Üçüncü mif: Vərəm sağalmazdır, insan bir dəfə xəstələnsə, əbədi olaraq xəstəliyin daşıyıcısı olaraq qalır. Bu fikir də doğru deyil. Müasir təbabətin və həkimlərin səyləri bu xəstəlikdən əziyyət çəkənlərin səyləri ilə birləşdikdə vərəmin hətta inkişaf etmiş, ağır formasını da müalicə etmək mümkündür.

Yoluxucu Xəstəliklərlə Mübarizə” İctimai Birliyinin “Vərəmə qalib gəl” devizi altında hazırladığı sosial çarxda da elə bu məsələdən bəhs olunur.

Videoda vərəmə necə qalib gəlməyin yolları haqqında ətraflı bilgi verilir. Həmin videonu təqdim edirik: