Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Faydalarını bilsəniz işə velosipedlə gedib-gələcəksiniz - Beyni aktivləşdirir, piyləri əridir

  • 2019.03.26 12:25
  • 11813 Baxış
Faydalarını bilsəniz işə velosipedlə gedib-gələcəksiniz -  Beyni aktivləşdirir, piyləri əridir

Daha sağlam bir həyat üçün idman etməyin vacib olduğu hamıya məlumdur. Amma çox işləyən və idman etmək üçün vaxtı olmayan insanlar üçün çox ən ideal variant velosiped sürməkdir. 


Medicina.az velosiped sürməyin faydalarını təqdim edir: 


Gün ərzində yarım saat velosiped sürmək ən yaxşı fiziki aktivlik növü hesab edilə bilər. Velosiped sürmək kardiovaskular xəstəlikləri, bir çox xərçəng növlərini və piylənməni uzaq edir. 


Şəhərdə velosiped sürənlərin gün ərzində enerji səviyyələri daha yüksək olur. Velosiped sürmək depressiyanı da aradan qaldırır, həm beyni aktivləşdirir, həm də orqanizmi rahatladır. 


Velosiped sürmək aerobik hərəkətdir, əzələlərə elastiklik və güc verir.

 

Velosiped sürmək stresi və piylənməni aradan qaldırır. 


Bütün buları nəzərə alaraq, gün ərzində ən az yarım saat velosiped sürmək orqanizmə yaxşı təsir edəcək. Boş vaxtı az olan insanlar isə işə də velosipedlə gedib-gələ bilərlər. Bundan əlavə, velosipedlə hərəkət etdikdən sonra gecəni də rahat yatacaqsınız.

Faydalarını bilsəniz işə velosipedlə gedib-gələcəksiniz -  Beyni aktivləşdirir, piyləri əridir