Alimlər müəyyən ediblər ki, işə velosipedlə getmək infarktın əsas səbəblərindən biri ola bilər.
“Medicina” xəbər verir ki, illərdir həkimlər velosipedi avtomobilə sağlam alternativ kimi təbliğ edib.
Birincisi, işə gedib-gəlmək üçün velosiped sürmək əhəmiyyətli dərəcədə faydalıdır. İkincisi, bu nəqliyyat növü, nəzəri olaraq, tıxaclarla bağlı problemləri həll edə bilər.
Ancaq indi tədqiqatçılar velosiped sürməyin sağlamlıq üçün heç bir faydası olmadığını aşkar ediblər. Məhz belə gəzinti infarkta əsas səbəblərdən biridir.
Böyük şəhərlər ümumiyyətlə velosiped sürmək üçün nəzərdə tutulmayıb , magistralda sürmək təhlükəlidir və uşaq, it, uşaq arabası və s. Ilə toqquşa bilərsən.
Avtomobilin altına düşmə riski səbəbindən velosipedçilər daimi stress keçirirlər, lakin onların problemləri bununla məhdudlaşmır. Axı velosiped heç bir şüşə ilə qorunmur, bu da o deməkdir ki, yollarda hərəkət edən vətəndaşlar hər gün bir-iki saat ərzində nəqliyyat vasitələrindən çıxan zərərli qazları udmaq məcburiyyətindədirlər.
İnfarktın digər mühüm səbəbi həddindən ürəyin həddən artıq işləməsidir. Avtobuslar, tramvaylar və yoldan keçənlər arasında iki-üç kilometr eniş yolu sürmək fiziki güc tələb edir. Ürəyin belə həddindən artıq yüklənməsi isə bütün infarktların 6,2%-nə səbəb olur.
Odur ki, şəhər sakinlərini velosipedə keçməyə çağırmaq hələ tezdir. Sağlamlıq üçün avtobuslar daha təhlükəsizdir.
Günay Quliyeva