Vəba təşvişi: Ölənlərin sayı artır

  • 2024.07.03 10:32
  • 442 Baxış
Vəba təşvişi:  Ölənlərin sayı artır
Qərbi Afrika ölkələrindən biri olan Nigeriyada vəba səbəbindən həyatını itirənlərin sayı 63-ə yüksəlib.

Medicina.az xəbər verir ki, Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) direktoru Cayd İdris verdiyi yazılı açıqlamada vəba epidemiyasının yanvar ayından etibarən paytaxt Abuca ilə yanaşı, ölkənin 33 əyalətinə yayıldığını bildirib.

Bu dövrdə bu bölgələrdə 2 102 vəbaya yoluxma hadisəsinin görüldüyünü deyən İdris, epidemiya səbəbindən həyatını itirənlərin sayının 63-ə yüksəldiyini qeyd edib.

İdris bildirib ki, yoluxmaların təxminən 90 faizi ölkənin 10 əyalətində, 7-si isə cənub bölgəsində qeydə alınıb.

Qeyd edək ki, iyunun 26-da vəba epidemiyası ilə əlaqədar ölkədə “fövqəladə vəziyyət” elan edilib.


Aysel