Erkən keysəriyyə əməliyyatı körpədə ağciyər və ürək problemlərinin inkişaf riskini artırır.
“Medicina” xəbər verir ki, Avstraliyanın Kvinslend Universitetinin alimləri bu nəticəyə gəliblər.
Çox erkən doğulan körpələrin ürək və ağciyərlərində ciddi problemlər olma ehtimalı vaxtında doğulan körpələrə nisbətən 57% daha yüksəkdir. Körpənin ana bətnində keçirdiyi hər əlavə həftə sonrakı ürək və ağciyər problemləri riskini 14%-ə qədər azaldır.
Hazırkı tədqiqatın müəllifləri çox ümid edirlər ki, gələcək analar hamiləliklərini sona qədər başa çatdırmağa çalışacaqlar və təbii müddətə qədər planlaşdırılmış keysəriyyəyə vaxtından əvvəl müraciət etməyəcəklər.
Ənənəvi olaraq, hamiləliyin 37-40 həftəsi arasında körpənin doğulması normaldır. Bəzi qadınlar hətta bu müddəti keçərək 41-42 həftəlik uşaq dünyaya gətirirlər. Tədqiqatın müəllifləri 37-38 həftəlik doğum edən 800-ə yaxın insanın ürək və ağciyər sağlamlığını izləyib. Onların sağlamlıq göstəriciləri 12, 15 və 22 yaşlarında qiymətləndirilib.
Məlum olub ki, uşaq nə qədər tez doğulubsa, ürəyi və ağciyərləri bir o qədər pis işləyir. Ürək-ağciyər sisteminin fəaliyyətində yaranan problemlər insanların fiziki işdən sonra daha tez yorulmasına səbəb olur.
Aygün Musayeva