Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Vaxtı keçmiş şorların satılması ilə bağlı Araz-dan AÇIQLAMA

  • 2022.04.26 14:26
  • 3219 Baxış
Vaxtı keçmiş şorların satılması ilə bağlı Araz-dan  AÇIQLAMA


Xəbər verdiyimiz kimi, Araz supermarketlər şəbəkəsində vaxtı keçmiş məhsulların satılması ilə bağlı sosial şəbəkələrdə paylaşım edilib.


Bildirilir ki, Araz-ın Masazır filialında 4 gün əvvəl vaxtı bitmiş şorlar vitrinlərdən yığışdırılmayıb, satışı həyata keçirilir.
Məsələ ilə bağlı Araz supermarketləri ilə əlaqə saxladıq.

Marketlər şəbəkəsinin PR meneceri Arzu Əliyeva Bakupost.az –a açıqlamasında mağaza əməkdaşının səhlənkarlığı səbəbi ilə belə bir halın yaşandığını qeyd etdi:

“Yaranan vəziyyətlə bağlı tərəfimizdən araşdırılma aparıldı və son istifadə tarixi bitmiş məhsullar müəyyənləşdirilərək satışdan çıxarıldı.
Vəziyyətin bir daha təkrarlanmaması üçün lazımi tədbirlər görülüb. Yaranan narahatlığa görə Araz supermarketlər şəbəkəsi adından müştərilərimizdən üzr istəyirik.


Xatırladım ki, alış-veriş zamanı son istifadə müddəti bitmiş məhsul aşkarlayan müştərimizin yeni məhsulu ödənişsiz olaraq almaq hüququ var”.