İtaliyada koronavirus səbəbindən mülki və ruhani idarələr Vatikanla əlaqəli şəkildə bəzi dini məkanların fəaliyyətinə məhdudiyyət qoyulmasına dair qərar veriblər.
Medicina.az xəbər verir ki, daha əvvəl Vatikanın Mətbuat Ofisindən verilən məlumata görə, məşhur Müqəddəs Peter Kilsəsi və bir sıra muzeylər aprelin 3-dək bağlanır.
Eyni zamanda İtaliya Yepiskoplar Konfransı da həmin müddət ərzində kütləvi dini ayinlərin və dəfn mərasimlərinin dayandırıldığı barədə açıqlama verib.