Körpələrin öz-özünə qidalanmasının onların inkişafına müsbət təsir etdiyi müəyyən edilib.
Körpələrin püre halındakı yeməklər əvəzinə öz əlləri ilə bərk qidalar yeməsi getdikcə populyarlaşır.
Mütəxəssislər deyirlər ki, körpələr 6 aylıqdan etibarən ana südü və süni qidalardan əlavə qatı qidalar da qəbul etməyə başlaya bilərlər.
Bununla belə, bəzi valideynlər uşaqlarının bu üsulla lazımi qədər qidalana bilməyəcəyindən narahatdırlar.
Medicina.az xəbər verir ki, bu sahədə kifayət qədər araşdırma olmadığını deyən elm adamları 70 sağlam körpə ilə araşdırma aparıblar.
Tədqiqatçılar əldə etdikləri nəticələri Amerika Qidalanma Cəmiyyətinin 29 iyun - 2 iyul tarixlərində keçirilən toplantısında təqdim ediblər.
Araşdırma çərçivəsində körpələrin 5 aylıqkən necə qidalandığı izlənilməyə başlanılıb. Bu körpələr ümumi gündəlik kalori ehtiyacının cəmi 10 faizini püre halındakı yeməklərdən alıblar.
Onların boyu, çəkisi və baş ətrafının ölçüləri 1 yaşa qədər hər ay qeydə alınıb.
Tədqiqatçılar təbii qidaları öz əlləri ilə yeyən körpələrlə valideynlərin püre halındakı yeməkləri yedizdirikləri körpələr arasında kalori qəbulu baxımından əhəmiyyətli bir fərq olmadığını aşkar ediblər.
Əslində, özü qidalanan körpələrin boy və çəki baxımından daha çox inkişaf etdiyi müşahidə edilib.
Elm adamları, həmçinin yüksək gəlirli ailələrin körpəyə qidalanma baxımından daha çox sərbəstlik verdiyini müşahidə ediblər. Bu da onların yaşıdlarından daha çox inkişaf etməsinə gətirib çıxarır.
Alimlər bildiriblər ki, bu üsulu sınamaq istəyən valideynlər körpələrinə müxtəlif qidalar verə bilərlər. Körpəyə qaynadılmış tərəvəzlər, pendir və kiçik ət parçaları vermək olar. Körpənin boğulmaması üçün qidanın çox kiçik hissələrə bölünərək verilməli olduğu da vurğulanıb. Bu qidalar körpənin önünə qoyulmalı və özünün yeməsinə imkan verilməlidir.
Aysel