Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Varikozu olanları babasil və sonsuzluq gözləyə bilər – Osteopat

  • 2024.06.03 16:49
  • 823 Baxış
Varikozu olanları babasil və sonsuzluq gözləyə bilər  – Osteopat


Varikoz təkcə ayaqlarda üzə çıxmış və genişlənmiş damarlar olsaydı, nə dərdiniz?

“Medicina” xəbər verir ki, osteopat Vladimir Jivotov varikozun sadəcə, estetik qüsur olmadığını bildirib.


“Varikoz ümumilikdə, bədənin aşağı hissəsində, aşağı ətraflarda qan dövranı pozulması, qan durğunluğudur ki, nəticədə damarlara təzyiq artır və onlar genişlənir.


Bu cür genişlənmə istənilən vena damarında ola bilər.

Amma varikozun zərəri təkcə ayaqlara deyil. Bu xəstələri kiçik çanaq orqanlarının qan dövranı pozulması, babasil və sonsuzluq gözləyə bilər.

Eləcə də ayaqlarda gəzəndə yorğunluq, ağrı, şişkinlik olur.

Qadınlarda varikoz varsa, mentsruasiya qanaxmaları çox ola bilər, hamiləlikdə çətinliklər yaşanır, varikoz daha da artır, hamilə qalmaq da çətinləşir.

Varikoz düyünlərinin əməliyyatı çıxış yolu deyil, onlar sonradan yarana bilər. Bu xroniki xəstəlikdir, çünki venoz durğunluq qalır, qan dövranı pozulması aradan qalxmır”.


Aygün