Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Varikozu olanlar nə yeməlidir - Dieta

  • 2022.09.20 14:25
  • 2395 Baxış
Varikozu olanlar nə yeməlidir  - Dieta

Dietoloq Marqarita Koroleva varikoz xəstəliyində pəhrizin vacib olduğunu bildirib.

"Medicina" xəbər verir ki, varikozda xəstələr yağsız ət, yağsız süd məhsulları, çoxlu tərəvəz yeməlidir.

Damar problemi olanlar C, PP, P vitaminləri, Omeqa 3-lə zəngin olmalıdır.

Artıq çəki təhlükəlidir. Hər artan kiloqram venoz axını pozur.

Bu adamlar qəbiz olmamalıdır.

Ona görə lifli qidalaR, meyvə-tərəvəz yeməlidir.

Damar divarını möhkəmlədən P və C vitamini kələm, alma, sitrusda, bolqar bibəri, limon, pomidorda, giləmeyvələrdə, Omeqa 3 usə balıq, kürü, yumurta, qozda var.

Belə damarlarda tromb riskini azaltmaq üçün yağsız ət, quş əti yeməli, gündə 2 litrə yaxın su içilməlidir.

"Qətiyyən qan qatılaşdıran içkilər olmaz, rafinə olunmuş yağ, qənd, kolbasa, pendir qadağandır".

Aygün Musayeva