Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Varikozla insultun əlaqəsi varmı?

  • 2024.04.25 19:59
  • 1278 Baxış
 Varikozla insultun əlaqəsi varmı?

Ayaqlarda venaların genişlənməsi varikoz xəstəliyidir. Bəs bu xəstəlik insult, infarkta səbəb olurmu?


“Medicina” xəbər verir ki, nevrologiya institutunun direktor müavini Marina Tanaş venoz problemlərin səbəb və təsirlərini açıqlayıb:


“Varikoz artıq patologiyadır, qan dövranına təsir edir.

Bu orqanizm üçün təhlükəlidir, çünki belə damarlarda tromb yarana bilər. Bəs bu tromblar beyinə çata bilərmi?

Varikoz və trombu venaları zədələyir, insult isə arteriya. Bu damarlar çox fərqlidir. Venalar daha tez qocalır, sıradan çıxır, ona görə 30 yaşdan sonra çox insanda görülür. Arteriyalar daha uzunömürlüdür.


Varikoz tromb yaranmasını sürətləndirir, bu da tromboflebit və ya tromboemboliyaya səbəb ola bilər.


Ona görə varikoz xəstələri fleboloq və kardioloq nəzarətində olmalıdırlar.
Varikoz yarandısa geri dönmür, xəstəlik irəliləyir. Sadəcə onun tempini azaltmaq olar. Vena tonizəedici dərmanlar burda yardım edir.

Genişlənmiş venaları aradan qaldırmağın yolu əməliyyatdır”.


Aygün Musayeva