Tanınmış plastik cərrah, professor Vaqif Qələndərliyə məxsus "Qələndərli Klinikası" MMC tibb müəssisəsinə xəbərdarlıq edilib və əks təqdirdə tibb müəssisəinin lisenziyasının dayandırılacağı bildirilib.
Medicina.az xəbər verir ki, Correct.az saytına daxil olan sənəddə bildirilir ki, vətəndaş Pərvanə Şaldıyevanın İstiqadiyyat Nazirliyinə müraciəti baxılması üçün Səhiyyə Nazirliyinə göndərilmiş, nazirliyin Analitik Ekspertiza Mərkəzi tərəfindən araşdırma aparılmış və tibb müəssisəsində bir sıra nöqsanlar aşkarlanmışdır.
Analitik Ekspertiza Mərkəzi aşkarlayıb ki, müəssisədə işləyən tibb personalının ixtisaslarına uyğun sertifikasiya olunması rəhbərlik tərəfindən təmin edilməyib. Aşkarlanmış nöqsanların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verərək, tibb müəsissəsinə xəbərdarlıq edilib. Əks təqdirdə isə müəssisənin lisenziyasının ləğv olunacağı bildirilib.
Xatırladaq ki, Pərvanə Şaldıyeva oğlu Murad Şaldıyevin barmağının səhv müalicə edərək onun barmağını kəsdiyi üçün müvafiq qurumlara,eləcə də İqtisadiyyat nazirliyinə müraciət edib.
Redaksiyamıza daxil olmuş həmin hadisə barədə materialı burdan oxuya bilərsiz:
https://www.medicina.az/pasiyent-hekayeleri/qohumu-plastik-cerrah-vaqif-qelenderlini-prokurorlua-verdi-olumun-barmaini-kesdi-fotolar/