Hər xəstəlik üçün öncəgörücünün öz sirri var idi
Məşhur bolqar öncəgörücüsü və xalq bilicisisi Vanqanın insanlara şəfa verməsi, sağaltması və məsləhətlər verməsi haqqında dəfələrlə məlumat verilib. Bu qeyri-adi qadının özünün sirli reseptləri olduğu da hər kəsə məlumdur.
Bəs o sirli reseptlər hansılardır?
Vanqadan sağlamlıq və xəstəliklərlə bağlı ən maraqlı məsləhət və reseptləri
medicina.az toplayıb.
1.Həftədə 1 dəfə həll bişmiş buğda və ya arpa yeyin. Bu zaman təmiz su için. Bununla orqanizimi təmizləyəcəksiniz.
2.Çox isti su ilə baş və bədəninizi yumayın.
3. Bacardıqca tez yatın, tezdən oyanın.
Reseptlər:
Allergiyada: bir qaşıq quru yovşan - polin axşamdan soyuq suda isladılır. Səhər süzülür, gündə 3 dəfə yeməkdən öncə 1 xörək qaşığı suya bir az bal qatılaraq udulur. Xüsusən yaz aylarında bu resepti etmək lazımdır.
Uşaqlarda astma: Aspirin həblərini əzib, təmiz donuz piyi ilə qatıb, uşağın döş qəfəsinə 10 gün çəkmək astmanın dərmanıdır.
Sinədə ağrılar: Vanqa hesab edir ki, sinədə və döş qəfəsi altında küt ağrılar qaraciyərin soyuqlaması əlamətidir. Bunun üçün təmiz yüksək keyfiyyətli buğda ununa 100 ml günəbaxan yağı və bir az şərab qatıb xəmir yoğurmaq, daha sonra xəmiri yayıb ağrı nahiyəsinə qoyub bağlamaq lazımdır.
Mədə ağrılarında: reyhan, çobanyastığı və nanəni 500 ml suda dəmləyib, gündə 3 dəfə yeməkdən sonra bir kiçik fincan qəbul etmək yaxşı effekt verir.
Öd kisəsi ağrısı: qarında küt ağrı, ürəkbulanma halında yarım limonun suyunu sıxıb, ona yarım çay qaşığı çay sodası qatıb, qəbul etmək ağrıları səngidir.
Ayaq, diz ağrılarında: yoncanı emallı qabda suda qaynadın. Soyuduqdan sonra, süzün, bura 2 xörək qaşığı kerosin qatılır, 1 həftə ardıcıl ayaqlar bu sudda vanna olunur. Ayaqlar yuyulur, təzə donuz piyi çəkilir, yatanda yun corab geyinib yatmaq lazımdır.
Qaraciyər xəstəliyində: 100 qr qanqurudan bitkisini toz halına salıb, bura 100 qr un və bir az su əlavə edib, sıyıq halına salırsınız. Bundan 60 ədəd kiçik kürəciklər düzəldirsiniz. Bunlar qurudulur və soyuq yerdə saxlanılır. 1 ay ərzində hər gün səhər axşam 1 ədəd kürəcik qəbul olunur. Müalicədən əvvəl mütləq gecədən 1 dəfə ingilis duzu həll olunmuş su içilir.
Böyrək xəstəliyində: tez- tez balqabaq tumlarından çay içilməlidir.
Varikozda: yaşıl qozları şüşə bankaya yığıb, üzərinə təmiz zeytun yağı töküb, 40 gün günəş altında saxlamaq, daha sonra bu yağdan hər gün ayaqlara çəkmək xeyirlidir.
Bronxitdə: 100 ml suda 2 dəfnə yarpağını suyun yarısı buxarlanana kimi qaynadırsınız. Qalan mayeni gündə 3 dəfə 1 xörək qaşığı qəbul edirsiniz.
Yumurtalıq iltihabında: çirkli yunun üzərinə qaynar su alınır. Xəstə bu suyun üzərində oturaraq buxarını qəbul etməlidir.
Saç tökülməsində: saçlara ağ gillə maska etmək faydalıdır. 1ay müddətində saç tökülən nahiyəyə limon dilimi sürtmək də tökülmənin qarşısını alır.
Barmaqlarda göbələk: nanə yarpaqlarını əzib duzla qarışdırıb, barmaqların arasına sürtmək göbələyi azaldır.