Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

- 24 günə qaraciyərinizi təmizləyəcəkVanqanın sınanılmış hepatit resepti

  • 2019.02.27 09:42
  • 31038 Baxış
 - 24 günə qaraciyərinizi təmizləyəcək Vanqanın sınanılmış hepatit resepti

Hepatit xəstəliyinin xalq təbabəti vasitəsilə müalicəsi mümkündür.


Medicina.az bu xəstəliklə bağlı sınanılıb nəticə əldə edilmiş resepti təqdim edir: 


Eyni ölçülü 3 ədəd limonu alın. Hər gün onun birindən istifadə edin.

 

1-ci gün bir limonun şirəsini sıxıb çıxarın. Üzərinə 1 ç/q çay sodası əlavə edin. Qarışdıraraq səhər yeməyindən əvvəl acqarına için. Bunu 3 gün təkrarlayın. 

Daha sonra aşağıda göstərilən limon tərkibli digər reseptlərdən istifadə etsəniz daha effektli nəticə əldə edə bilərsiniz. 


1) 2 ədəd limonun şirəsini 2 diş əzilmiş sarımsaqla qarışdırın. Yeməkdən 2 saat sonra 1 ç/q qəbul edin.

  

2) 6 ədəd limonun hər birini 4 hissəyə ayırın. 24 ədəd əncir qurusunu yarıya bölün. 1 x/q rəvənd kökünü və 0,5 ç/q zəy ilə qarışdıraraq üzərini örtənə qədər sirkə əlavə edin. Əncir və limon sirkəni özünə hopdurana kimi təxminən 2 sutka saxlayın.

 

Gündə 3 dəfə yeməkdən 20 dəqiqə əvvəl 1 dilim limon və 2 dilim əncir yeyin. Müalicə kursunun müddəti 24 gündür. 2 həftə fasilə verdikdən sonra təkrar etmək olar. 


Arzu

Medicina.az