Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Valsinasiyanın effekti nə vaxt bilinəcək?

  • 2021.01.20 14:26
  • 1573 Baxış
Valsinasiyanın effekti nə vaxt bilinəcək?

Vaksinasiyadan sonra kütləvi immunitet nə vaxt yaranacaq?

"Yanvarın 18-dən etibarən ölkə üzrə vaksinasiya aparılması işlərinə start verildi. Fevralın birinə kimi vaksinin tibb işçilərinə vurulması nəzərdə tutulub. Vaksinin vurulması prosesinə səhiyyə nazirimiz Oqtay Şirəliyev və TƏBİB rəhbərliyindən başlandı. Bugünkü vaksinasiyada mən də iştirak etdim".

Medicina.az xəbər verir ki, bunu publika.az-a açıqlamasında infeksionist, parazitoloq Vüqar Cavadzadə deyib. O bildirib ki, vaksinasiya iki dozada həyata keçiriləcək:

“İkinci vaksin dozası üç həftədən sonra vurulacaq. Birinci doza ilə tam dayanıqlı immunitet formalaşmır, ikinci həfətdən sonra qanda sadəcə antitellərin formalaşması baş verir. Odur ki, ikinci dozanın vurulması vacibdir. Buna revaksinasiya deyirlər.


Revaksinasiyadan 40 gün sonra insanda immunitet tam formalaşacaq. Bu immunitetin dayanıqlılığı 3 ay ərzində davam edəcək, 3 aydan sonra 6 ay ərzində tədricən zəifləməyə başlayacaq. Odur ki, koronavirusun zəifləməsi üçün 6 ay sonra yenidən peyvənd vurdurmağa ehtiyac yarana bilər”.

Ekspert onu da bildirib ki, vaksinin effektivliyi hər kəsdə özünü müxtəlif cür göstərəcək:

“Bir qrup insanda güclü immunitet formalaşsa da, digər qrupda nisbətən zəif immunitet formalaşa bilər və ya immunitetin heç formalaşmamaq ehtimalı da var.

Kütləvi immunitetin qazanılması üçün cəmiyyətin təqribən 60-70 faizi vaksinasiyaya cəlb olunmalıdır. Bu proses bir neçə ay çəkəcək, bundan sonra əhalinin əksəriyyəti infeksiyaya qarşı immunitet qazanacaq. Peyvəndlənmədən sonra kütləvi immunitetin necə inkişaf edəcəyi müvafiq araşdırmalarda özünü göstərəcək”.