Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Valideynlərin uşaqlarla bağlı etdiyi ən böyük 8 səhv – MÜTLƏQ OXUYUN

  • 2019.09.28 13:51
  • 22112 Baxış
Valideynlərin uşaqlarla bağlı etdiyi ən böyük 8 səhv  – MÜTLƏQ OXUYUN
Medicina.az Loqos Psixoloji və Nitq İnkişaf Mərkəzinin birgə yeni layihəyə start verir.


Bu gündən "Ailəmizin psixoloqu” riblikasında ən vacib psixoloji təlimatları, marifləndirmə materialarını, taninmış psixoloqların tövsiyələrini təqdim edəcəyik. İlk olaraq Loqos Psixoloji və Nitq İnkişaf Mərkəzinin mütəxəssislərinin hazırladığı uşaqların gələcək həyatına təsir göstərəcək 8 valideyn səhvilə bağlı yazını təqdim edirik:



1. Övladınıza olan sevginizi yetərincə bildirmisiniz. Balaca uşaq üçün ana və ata ən dəyərli, onun balaca dünyasına çevrilən insandırlar. Uşaq isə onların sevgisini hiss etmədikdə, özünə dəyər verib sevə bilmir. Bu halda özünü bəyənməmə kimi bir problem yaranır. Çox zaman belə uşaqlar böyüdükdə öz xarici görünüşlərin bəyənmirlər və plastik əməliyyatlara üz tuturlar. 

 

2. Övladınızı qayğıya boğursunuz.  Onunla həm dost olmağa, həm də həyatında baş verən bütün hadisələrə nəzarət etməyə çalışırsınız. Valideynlər əksər hallarda övladlarının böyüdüklərini qəbul etmir və uşaqların tək başına edə biləcəyi işləri onların əvəzinə etməyə davam edirlər. 

 

 


3. Uşaqlarınızın yerinə qərar verirsiniz.  Ən xırda oyuncaq seçimində belə uşağın əvəzinə qərar verərək,  onu azadlıq və sərbəstlikdən məhrum edirsiniz. Hər bir valideyn anlamalıdır ki, uşağın yaşına uyğun olaraq ona seçim fürsəti verilməlidir. 

 

4. Ailədə yaratdığınız münaqişələr. Uşaqlar valideynlər arasında baş verən anlaşılmazlıqların səbəbini başa düşə bilmədikləri üçün, evdə yaranan ən xırda problemdə  belə  özlərini günahkar bilirlər. 

 

5. Uşaqdan onun edə bilməyəciyi şeyləri tələb edirsiniz. Uşaqlar balaca olduqları üçün, yaşca onlardan böyük insanların, ən əsas da valideynlərinin söylədilklərinə inanırlar. Bu halda isə onların tələb etdikləri hər şeyi yerinə yetirməyə çalışırlar, edə bilmədiklərində isə özlərini bacarıqsız və uğursuz olaraq dəyərləndirilər. 

 

 

 


6. Övladınızı "rahat uşaq” obrazına salmağa çalışırsınız. Şəxsi işlərinizdə rahatlıq yaratmaq məqsədi ilə övladınızın saatlarca televizora baxmağına və kompyuter oyunları oynamasına icazə verirsiniz. Bu halda uşaq sizə mane olmadığı üçün növbəti dəfə də bu vəziyyəti təkrarlayırsınız. Uşağı bu cür böyüdərək, onu həyat məsuliyyətlərinə hazırlaya bilməzsiniz.

 

7. Ata diqqətinin olmaması. Uşağın ata sevgisindən, diqqətindən məhrum qalmağı onun gələcək həyatına mənfi təsir göstərir.  Uşağın gələcəkdə nə qədər iradəli, möhkəm, dayanıqlı biri olması, şəxsiyyət kimi inkişaf etməsi, tək başına bir çox işləri bacara bilməsi ailədə yaranan ata obrazından asılıdır.

 

8. Uşağınızın hisslərini önəmsəmirsiniz. Bəzən uşaqlar sizin üçün bir önəm verməyən xırda şeylərə görə məyus ola bilirlər. Amma gözlədikləri təsəlli yerinə onlar "yaxşıpis, sən ki oğlansanqızsan, ağlamasakit dur” kimi ifadələr eşidirlər. Belə davranaraq siz uşağınızın  hisslərini dəyərləndirməmiş olursunuz və böyüdükdə də onlar ətrafdakı insanların hisslərinə laqeyd yanaşırlar.

Valideynlərin uşaqlarla bağlı etdiyi ən böyük 8 səhv  – MÜTLƏQ OXUYUN
Valideynlərin uşaqlarla bağlı etdiyi ən böyük 8 səhv  – MÜTLƏQ OXUYUN