Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Valideynlərin təşkilatçını döyməsi ilə bağlı Baku Medical Plazadan AÇIQLAMA

  • 2022.06.13 18:13
  • 2149 Baxış
Valideynlərin təşkilatçını döyməsi ilə bağlı   Baku Medical Plazadan AÇIQLAMA


“Baku Medical Plaza” Bakı-Şamaxı yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların səhhəti və klinikada yaşanan insidentlə bağlı açıqlama yayıb.


Klinikadan Medicina.az -a verilən məlumata görə, xəsarət alanlara ilkin təcili tibb yardım göstərildikdən sonra səhər saatlarında yaxınları tərəfindən evə aparılıb:


“İyunun 12-də Qəbələdən Bakıya hərəkət edən sərnişin avtobusunun qəzaya düşməsi nəticəsində xəsarət alan hadisə iştirakçıları 13 iyun saat 01:30 radələrində klinikamıza daxil olub. Xəsarət alanlara ilkin təcili tibb yardım göstərildikdən sonra səhər saatlarında yaxınları tərəfindən evə aparılıb. Xəsarət alanlardan yalnız birinə əməliyyat təyin olunub. Tur şirkətinin nümayəndəsi əməliyyat təyin olunan xəstənin əməliyyat məbləğini ödəməkdən imtina etdiyi üçün valideyninin istəyi ilə xəstə gətirildiyi ambulansla dövlət
xəstəxanasına köçürülüb.


Xəsarət alanların yaxınlarına xərclərin ödəniləcəyinin danışıldığı deyilib və onlar klinikamıza yönləndirilib. Lakin xəstəxanamızla tur şirkəti nümayəndəsi arasında rəsmi və qeyri-rəsmi heç bir razılaşma olmayıb. Valideynlər bu vəziyyəti öyrəndikdən sonra tur şirkəti ilə valideynlər arasında gərginlik yaşanıb.


Hazırda klinikamızda müalicəsi davam etdirilən hadisə iştirakçısı yoxdur”.