Son günlərdə məktəbə gedən uşaqların valideynlərindən vaksin sənədinin tələb olunması ilə bağlı yayılan xəbərlərə Təhsil Nazirliyindən münasibət bildirilib.
Nazirlikdən Bakupost.az -a verilən məlumata görə, hazırda belə bir göstəriş yoxdur:
“Bağçalar TN-nin tabeliyində deyil. Məktəblərlə bağlı isə bu haqda danışmaq tezdir”.
Qeyd edək ki, sosial şəbəkələrdə valideynləri koronavirus əleyhinə peyvənd olunmayan şagirdlərin məktəbə buraxılmayacağına dair məlumatlar yayılıb.
Məlumatda deyilir ki, əgər uşağın valideyninin vaksinasiyaya dair sənədi məktəbə və ya bağçaya təqdim olunmasa sentyabrdan təhsil müəssisəsinə buraxılmayacaq. Bu tələb isə bir çox valideynin narazılığına səbəb olub.
Məncə düzgün qərardır. Valideynlər niyə narazılıq edir? Vaksin vurdursunlar, bəladan xilas olaq. Burda anlaşılmaz bir şey yoxdur.