Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

: Məktəblilər arasında "Mavi Balina"dan daha qorxunc oyun yayılırValideynlərə XƏBƏRDARLIQ

  • 2018.06.06 15:15
  • 15688 Baxış
: Məktəblilər arasında "Mavi Balina"dan daha qorxunc oyun yayılır Valideynlərə XƏBƏRDARLIQ
"Mavi balina” kabusundan sonra indi də "Mariam” adlı oyun çıxıb. Bu təhlükəli oyun, qorxunc səs effektləri, ruhlarla bağlı suallarla və gecə üçdə zəng kimi qəribə tapşırıqları ilə diqqət çəkir.


Medicina.az Xəzərxəbər-ə istinadən məlumat verir ki, bəzi ölkələrdə qadağan edilən bu oyun hazırda Azərbaycanda məktəblilər arasında sürətlə yayılır.


"Ətrafımızda bir ruh var, yatağın altına bax, açarı götürüb qapını aç, sonra evdən çıx meşəyə gedək”.


Bu qəribə və tükürpədici tapşırıqlar hər hansısa qorxu filmindən deyil, son zamanlar məktəblilər arasında geniş yayılan "Mariam” adlı oyundandır. Apardığımız araşdırma göstərdi ki, oyun ölkəmizdə məktəblilələr arsında da geniş yayılmaqdadır.


Araşdırmalara görə, Səudiyyə Ərəbistanlı bir gənc tərəfindən hazırlanan "Mariam" oyununun saçdığı təhlükə "Mavi balina” oyunundan da təhlükəlidir.


Oyunda "Mariam” adlı 9 yaşındakı qız yolda itdiyini qeyd edərək, evə dönmək üçün oyunçudan yardım istəyir. Oyun başlamadan öncə oyunçunun ev adresi və yaxın çevrəsi haqqında məlumatlar tələb edilir. Daha sonra "Facebook” və "Whatsapp” bilgilərini paylaşmaq tələb olunur.


Psioxoloqların sözlərinə görə, şiddət, ölüm qorxusu və öldürməyə təşviq edən belə təhlükəli oyunlar uşaqların emosional və sosial inkişafına mənfi təsir göstərir.


Mütəxəssislər bildirir ki, valideynlər övladlarını həyatı təhdid edən bu tip oyunlardan uzaq tutmalıdır. Qeyd edək ki, sözügedən oyun Türkiyədə 12 yaşlı yeniyetmənin intiharına səbəb olub.


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elekton Təhlükəsilik Xidməti də məsələyə münasibət bildirib.


Qurumdan bildirilib ki, hazırda bu məsələ araşdırılır, araşdırmanın nəticələrinə uyğun olaraq müvafiq tədbir görüləcək və bununla bağlı ictimaiyyət məlumatlandırılacaq.