TANINMIŞ PEDİATRDA İLGİNC AÇIQLAMA
"Təəssüf ki, həkimlərin uşaqlara səhv diaqnoz qoyması hallarına tez-tez rast gəlirik”. Bunu Medicina.az-a uzman pediatr Altay Abdullaoğlu deyib. Onun sözlərinə görə, əsasən aşağıdakı xəstəliklərlə bağlı səhvlər edilir:
1. Kəllədaxili təzyiq
2. Timus
3. Hipoksiya (oksigen catışmazlığı)
4. Nevroloji uşaq
Həkim qeyd edib ki, bu xəstəliklər səbəbiylə kurslarla müalicə alan yetərli sayda körpə uşaq var: "Azərbaycanda olduğum müddətdə mənə bu diaqnozla müraciət edən xəstələrin 99 %-nin tamamilə sağlam olduğunu müşahidə etmişəm. Çox vaxt körpələrdə olan bəzi normal əlamətlər xəstəlik olaraq qəbul edilir və buna uyğun olaraq kurs müalicələrə başlanılır. Bu əlamətlərdən ən çox rastladıqlarımız körpələrin ağız ətrafında müşahidə olunan göyərmələr, ağlayanda çənənin əsməsi, gecələr səbəbsiz bir şəkildə ağlamaqlar, dilin bayıra çıxarılmasıdır. Bildirmək istəyirəm ki, bu əlamətlər xəstəlik əlaməti deyildir və körpələrdə rast gəlinən normal, fizioloji haldır”
Əgər körpənin müayinəsində digər əlamətlər görünməzsə bu əlamətlər müstəqil bir surətdə hər hansı bir xəstəliyin əlaməti hesab olunmur və tamamilə normal bir haldır. Bu əlamətlər zamanla öz-özünə keçib gedəcəkdir. Ona görə hər kəsə tövsiyəmiz odur ki, körpələrin orqanizmini lazımsız müalicələrlə yükləməsinlər”.
Salam qizim 4ayliqdi dilini cole cixardir bu nese prablem ola bilər?
9 aylıq uşaqda çənə əsməsi normaldır ?
Usaq 5ayliq olanda carpayidan yixilib pol taxtasina bas travma almis olarmi
Usaq 5ayliq carpayidan pol taxtaya yixilib travma almis olarmi
Salam.uşaq ikinci ayındadır.gecələr yatmır qızdırması olur. Gündüz isə yaxşı olur.
Salam .bizim uşaq 6 aylıqdı. Oksigen çatışmamazlığı var. Sudurqa keçirdir qıc olmalar olur. Başı əsir qolu əsir.uşağ bildiyin ət kimidi başını saxlamır dirəşmə yoxdur. Nevroloji xəstəxanada yatıb. Xahiş edirəm köməklik edin . sagalsin
Salam Hekim oğlumda topuqdan aşağı göyərmə olurdu. Ürəyini Exo kaldiqrama etdirdik bir problem ccmadi indi isə ağlayan zaman dodaqları göyərir neden ola biler
Menim usagim dunyaya gelende aglamadi oksigen catismazligi var idi
Oksigen catişmazliqi bide bide urekde delik